Dağlıq Qarabağa qeyri-qanuni səfərlər

Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilərinə səfərlər ilə bağlı.

Azərbaycanın hakimiyyət orqanları bildirir ki, hazırda Ermənistan Respublikasının hərbi təcavüzü altında olan Azərbaycan Respublikasının Dağlıq Qarabağ və yeddi ətraf rayonlara Azərbaycan Respublikası Hökumətinin öncədən alınmış rəsmi razılığı olmadan hər hansı bir şəxs tərəfindən rəsmi, işgüzar, humanitar, turist və ya digər xarakterli səfərlərin həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq tanınmış dövlət sərhədlərinin qeyri-qanuni və kobud pozulması, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkət hesab olunur.

Baş Konsulluq vurğulayır ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü pozan şəxslər müvafiq siyahıya daxil edilir və onların Azərbaycan Respublikasına girişi qadağan edilir.

"Qara siyahıya alınmış" şəxslər tərəfindən işğal olunmuş ərazilərə səfər və orada "fəaliyyət göstərən" qeyri-qanuni rejim ilə əməkdaşlığa hər hansı bir cəhdin olunması Azərbaycan tərəfindən həyata keçiriləcək müvafiq əlavə əks-tədbirlər ilə nəticələnəcəkdir.

Arxiv üzrə axtarış