news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 aprel 2026

23 mart 2026-cı ildə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Grand Gloria Hotel-də  Novruz bayramı münasibətilə tədbir təşkil olunmuşdur.

23 mart 2026-cı ildə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən Grand Gloria Hotel-də  Novruz bayramı münasibətilə tədbir təşkil olunmuşdur. Tədbir baş konsulun açılış nitqi ilə başlamışdır. Rəsmi hissədən sonra tədbir zəngin mədəni proqramla davam etmişdir. Azərbaycanın tanınmış müğənnisi əməkdar artist Səbinə Babayevanın ifasında səslənən musiqi nömrələri, eləcə də müxtəlif şou proqramlar və milli adət - ənənələrimizi əks etdirən oyunlar iştirakçılara unudulmaz anlar bəxş etmişdir. Grand Gloria Hotel-in giriş hissəsində Azərbaycanın milli geyimləri, zəngin mədəni irsimizi əks etdirən atributlar və qədim musiqi alətləri ilə yanaşı, baharın rəmzi olan səməni ilə bəzədilmiş xonçalar xüsusi zövqlə düzülmüşdür.

Bayramın ən əlamətdar rəmzlərindən biri olan Novruz tonqalının alovlandırılması mərasimi isə tədbirə xüsusi rəng qatmışdır. Tədbir yüksək əhval-ruhiyyə, qarşılıqlı hörmət və xoş təəssüratlarla yadda qalmış, iştirakçıların minnətdarlıq və məmnunluq ifadələri ilə yekunlaşmışdır.

 

https://azertag.az/xeber/batumide_novruz_bayrami_azerbaycanin_medeniyyet_ve_kulinariya_numuneleri_numayis_etdirilib-4091691

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti