2015-10-07

R.İsmayılov Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri ilə görüş olub

Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Avtandil Beridze Azərbaycan Respublikasının Batumi şəhərinə yeni təyin olunmuş Baş Konsulu ilə görüş keçirdi. Qanunverici orqanın spikeri ilk növbədə Baş Konsulu vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona uğurlar arzuladı.

Rəsmi görüşdə tərəflər iki ölkə arasında münasibətləri və onların gələcək inkişaf perspektivlərini müzakirə etdilər. Mədəniyyət, turizm, kənd-təsərrüfatı, ticarət, biznes, sərmayələr – bunlar bizim ölkələr üçün müstəsna əhəmiyyət daşıyan inkişaf istiqamətlərinin yalnız bir hissəsidir və bununla bağlı artıq əsası qoyulmuş əlaqələr günbəgün inkişaf edir.

Avtandil Beridze yeni təyin olunmuş Baş Konsula sıx əməkdaşlıq əlaqələrinin yaradılmasına söz verdi və hörmət əlaməti olaraq xatirə hədiyyələri təqdim etdi.

Rəşad Fail oğlu İsmayılov səmimi qəbula və qonaqpərvərliyə görə Ali Sovetin Sədrinə minnətdarlığını bildirdi və qeyd etdi ki, öz səlahiyyətlərini yerinə yetirərkən əsrlərboyu Azərbaycan və gürcü xalqlarını, iki qonşu və dost ölkəni və onların ayrı-ayrı regionlarını birləşdirən dəyərlər və prinsiplərə riayət edəcək.

Arxiv üzrə axtarış