2016-02-22

“Adjara P.S.”qəzetində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı xüsusi buraxılış dərc edilmışdir

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə Acaristan Muxtar Respublikasinin nüfuzlu “Adjara P.S.”qəzetində  Xocalı  soyqırımının 24-cü ildönümü ilə bağlı xüsusi buraxılış dərc edilmışdir. Xüsusi buraxılışda Baş konsul Rəşad İsmayılovun Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı məqaləsi  dərc olunmuşdur.Məqalədə qey olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə analoqu olmayan hadisələrdəndir. Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.

Xüsusi buraxilılşda həmcinin, Baş konsulluq tərəfindən  gürcü dilində tərcümə olunmuş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təşviqat kampaniyası cərcivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə, “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitab haqqında da geniş məlumat verilmişdir.

 

“Adjara P.S.”qəzetində  Xocalı  soyqırımının 24-cü ildönümü ilə bağlı xüsusi buraxılış 

 

 

Arxiv üzrə axtarış