2016-09-14

Referendumla əlaqədar ölkəmizin Batumidəki baş konsulluğunda hazırlıq işləri başa çatıb

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Batumidəki baş konsulluğunda hazırlıq işləri başa çatıb.

Baş konsul Rəşad İsmayılovun sədrliyi ilə məntəqə seçki komissiyası yaradılıb.

R.İsmayılov müsahibəsində deyib ki, sentyabrın 26-da bu məntəqədə konsulluğun əməkdaşları ilə yanaşı, SOCAR-ın Kulevi terminalının, Azərbaycan İcmasının Azərbaycan Respublikasının vətəndaşı olan üzvləri, Batuminin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, həmin gün müvəqqəti olaraq Batumidə səfərdə olan və xidməti vəzifələrini icra edən vətəndaşlarımız səs verə biləcəklər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Arxiv üzrə axtarış