2016-09-23

R.Ismayıov Acarıstan Muxtar Respublikası Kənd-təsərrüfatı naziri ilə görüşdü

Cari ilin 23 sentyabr tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılov, Laşa Komaxidzeni Acarıstan Muxtar Respublikası kənd-təsərrüfatı naziri təyin olunması münasibəti ilə təbrik etmişdir
Görüş zamanı Azərbaycan və Acarıstan arasında kənd-təsərrüfatı sahəsindəki mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişafı perspektivləri müzakirə olundu.

 Baş Konsul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  kənd-təsərrüfatı sahəsinə böyük önəm  verdiyini  xüsusilə vurğuladı .  Acarıstan  MR - nin kənd-təsərrüfatı məhsulların  Azərbaycan bazarına çıxarılması, həmçinin, Azərbaycan kənd-təsərrüfatı məhsullarının Acarıstan MR-ə ixracının artırılması məsələləri müzakirə olundu. 

Arxiv üzrə axtarış