2016-11-07

Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Rəşad İsmayılovun Şota Rustaveli Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi ilə görüşü keçirilib.

Noyabrın 7-də Azərbaycan Respublikasının Batumidəki Baş konsulu Rəşad İsmayılovun  Şota Rustaveli  Batumi Dövlət Universitetinin rektoru  Merab Xalvaşi ilə görüşü keçirilib. Universitetin rektoru,  professor Merab Xalvaşi qonağı salamlamış, universitetin yaranmasından, fəaliyyətindən, mütəxəssis hazırlığı barədə məlumat verib. Səmimi qəbula görə rektor Merab Xalvaşiyə  təşəkkür edən Baş konsul Batumi Dövlət Universitetinin Gürcüstanın ən nüfuzlu, ənənələrə malik təhsil müəssisələrindən biri olduğunu söyləyib. Universitet ilə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu deyən diplomat Azərbaycan universitetləri ilə tələbə mübadiləsinin hər iki tərəfə verəcəyi üstünlüklərdən söz açıb.Baş konsul, Batumi Dövlət Universitetində Ümummilli Liderin adını daşıyan “Heydər Əliyev -Azərbaycanşünaslıq Mərkəzi” –nin,“Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyasının  o cümlədən, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Batumi Dövlət Universiteti arasında Anlaşma Memorandumunun dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsi olduğu qeyd edib.

Arxiv üzrə axtarış