2016-12-26

Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Rəşad İsmayılov yeni təyin olunmuş Acarıstan Muxtar Respublikası Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Zaal Mikeladze ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Acarıstan arasında səhiyyə sahəsindəki mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişafı perspektivləri müzakirə olundu. Baş konsul R.İsmayılov 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum”u cərcivəsində hər iki tərəf  arasında səhiyyə sahəsindəki olan proqramın gələcəkdə daha da genişləndirilməsi mövzusunda söhbət etdi. Həmçinin, Azərbaycanda fəaliyyət göstərən müalicə mərkəzləri barədə ətraflı məlumat verdi və gələcəkdə bu müalicə mərkəzləri ilə Acarıstanda fəaliyyət göstərən müalicə mərkəzləri arasında əlaqələrin yaradılmasıni və bu əlaqələrin inkişaf etdirilməsini vurğuladı.

Bununla yanaşı, Zaal Mikeladze baş konsula Acarıstan MR-də fəaliyyət göstərən müalicəvi istirahət zonaları barədə ətraflı məlumat verdi.

Tərəflər hər iki ölkənin əməkdaşlıq edə və təcrübələrini qarşılıqlı şəkildə zənginləşdirə biləcəyi tibb sahələri və onlara aid sektorlar barədə fikir mübadiləsi apardılar.

Arxiv üzrə axtarış