2017-01-18

Baş konsul Rəşad İsmayılov Şota Rustaveli Batumi Dövlət Universitetində “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyasında 1990-cı ilin yanvar hadisələri ilə bağlı tələbələr qarşısında çıxış edib.

Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərimizin anım günü, həmdə Azərbaycanın ərazi bütovlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu qeyd edən Baş konsul Rəşad İsmayılov, 20 yanvar 1990-cı il tarixində öz konstitusion hüquqlarının bərqərar olunmasını tələb edən dinc əhalinin qətlə yetirildiyini, lakin bu hadisənin xalqımızın iradəsini qıra bilmədiyini və bu azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi ilə nəticələndiyini vurğulayıb.

Baş konsul Rəşad İsmayılov, o dövrdə faciə ilə bağlı ən sərt bəyanatı Ulu Öndər Heydər Əliyevin verdiyini və Onun 20 Yanvar faciəsində insanlığa qarşı törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini və Ulu Öndərimizin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 Yanvar tarixini Ümumxalq Hüzn günü elan etdiyini qeyd edib. 

Arxiv üzrə axtarış