2017-04-04

2017-ci il 4 aprel tarixində Baş konsul Rəşad İsmayılovun Acarıstan Muxtar Respublikasının “Ajara TV” İctimai televiziya və radio şirkətinin yeni təyin olunmuş direktoru xanım Natiya Kapanadze ilə görüşü.

Baş konsul Rəşad İsmayılov  iki xalq arasında tarixi bağlılıq əlaqələrinin yaşadılmasının zəruriliyindən söz açaraq hər iki ölkə mediasının bu istiqamətdəki fəaliyyətini bir qədər də intensivləşdirməsinə ehtiyacın duyulduğunu vurğulayıb. Müasir dövrdə informasiyanın müstəsna mahiyyət daşıdığını bildirən Baş konsul digər sahələrdəki inkişafda da informasiya amilinin həllediciliyinə diqqət çəkib.

İcraçı direktor Natiya Kapanadze rəhbərlik etdiyi agentliyin Azərbaycanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığa o cümlədən,hər iki ölkə jurnalistləri arasındakı təmasların intensivləşməsi istiqamətində  perspektiv planların həyata keçməsinə dəstək göstərməyə hər zaman hazır olduqlarını bildirib. 

Arxiv üzrə axtarış