2017-05-07

Naxçıvan və Acarıstan muxtar respublikaları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Batumidə rəsmi səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 5-də Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb.

Görüşdə Naxçıvan və Acarıstan muxtar respublikaları arasında əlaqələrin inkişaf perspektivləri, Naxçıvan ilə Batumi arasında birbaşa çarter reyslərin açılması, regionda aparıcı turoperatorlar arasında, turizm, kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi, loqistik mərkəzlərin yaradılması, turist axınının artımı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.  

Vasif Talıbov Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın Naxçıvan və Acarıstan muxtar respublikaları arasındakı münasibətlərin də bütün sahələrdə inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

Sonra sədr, Naxçıvan Muxtar Respublikası Hökumətinin ticarət- iqtisadi və mədəni-humanitar əməkdaşlığının inkişaf istiqamətləri və perspektivləri haqqında ətraflı məlumat verib. Aktivləşdirilmiş nəqliyyat kommunikasiyalarının, tranzit yük dövriyyəsinin artdığını və müxtəlif sahələrdə gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib.

Acarıstan Muxtar Respublikası Hökumətinin  sədri  Zurab Pataradze Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, biz münasibətlərimizin və müxtəlif sahələrdə əlaqələrimizin inkişafında maraqlıyıq hazırıq.

Biz, həmçinin, muxtar respublikalarımızda fəaliyyət göstərən universitetlər arası proqram mübadiləsində, uşaqların müalicəsinə aid proqramlarda, müxtəlif müalicə və reabilitasiya mərkəzləri arasında əməkdaşlıqda maraqlıyıq.

Görüşdə  Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Batumidəki Baş konsul Rəşad İsmayılov, Gürcüstan tərəfdən Acarıstan Ali Sovetinin sədri David Qobaidze, kənd təsərrüfatı naziri Lasa Komaxidze, Turizm Departamentinin sədri  Sulxan Qlonti və digər rəsmi şəxslər iştirak ediblər.

Arxiv üzrə axtarış