2017-05-06

Acarıstan Muxtar Respublikasına rəsmi səfəri cərcivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 6-da Batumi Dövlət Universitetində olub

Universitetin rektoru,  professor Merab Xalvaşi qonağı salamlayaraq, universitetin yaranmasından, fəaliyyətindən, mütəxəssis hazırlığı barədə məlumat verib. Səmimi qəbula görə rektor Merab Xalvaşiyə  təşəkkür edən Ali Məclisinin sədri Vasif Talıbov Batumi Dövlət Universitetinin Gürcüstanın ən nüfuzlu, ənənələrə malik təhsil müəssisələrindən biri olduğunu söyləyib. Batumi Dövlət Universiteti  ilə Naxcivan Dövlət Universiteti arasıda tələbə mübadiləsinin hər iki tərəfə verəcəyi üstünlüklərdən söz açıb.

Ali Məclisinin sədri Vasif Talıbov Batumi Dövlət Universitetində Ümummilli Liderin adını daşıyan “Heydər Əliyev -Azərbaycanşünaslıq Mərkəzi”,“Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyası ilə tanış olub.

Görüşdə  Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov da iştirak edib.

Arxiv üzrə axtarış