2017-09-12

12 sentyabr 2017-ci il tarixində Baş konsul Rəşad İsmayılovun Acarıstan Muxtar Respublikası Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Zaal Mikeladze ilə görüşü keçirildi.

Görüş zamanı Azərbaycan və Acarıstan arasında səhiyyə sahəsindəki mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişafı perspektivləri müzakirə olundu. R.İsmayılov Naxçıvan və Acarıstan MR-ləri arasında səhiyyə sahəsindəki olan proqramın gələcəkdə daha da genişləndirilməsi mövzusunda söhbət etdi. Həmçinin, Baş konsul Rəşad İsmayılov nazirə Azərbaycanda fəaliyyət göstərən müalicə mərkəzləri barədə ətraflı məlumat verdi və gələcəkdə bu müalicə mərkəzləri ilə Acarıstanda fəaliyyət göstərən müalicə mərkəzləri arasında əlaqələrin yaradılmasıni və bu əlaqələrin inkişaf etdirilməsini vurğuladı.
Görüşdə Baş Konsulluğun əməkdaşı Pərvin Məşədi-zadə iştirak edib.

Arxiv üzrə axtarış