2017-09-30

Acarıstan Muxtar Respublikasının “Adjara” PS qəzeti Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi faktı ilə bağlı məlumat dərc edib.

Məlumatda qeyd olunur ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub, digər mülki şəxs yaralanıb və mülki obyektlərə xeyli dərəcədə ziyan vurulub: “Ermənistanın belə təcavüzkar siyasəti terrorun bəşəriyyət üçün əsaslı təhlükəyə çevrildiyi bir zamanda onların terrorçu mahiyyətini bir daha sübut edir”.

Arxiv üzrə axtarış