2018-04-12

Bu gün Gürcüstanda 1989-cu il 9 aprel hadisələrinin 29-cu ildönümü qeyd olunur.

09 aprel 2018-cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə konsulluğun əməkdaşları ilə   hadisə qurbanlarının xatirəsini yad ediblər. Baş konsulluğun adından Batumi dənizkənarı parkında yerləşən 9 aprel qurbanlarının xatirəsinə həsr olunmuş memorial abidənin önünə gül dəstələri qoyulub.

Gürcüstanda aprelin 9-u Müstəqilliyin bərpası günü kimi qeyd olunmaqla yanaşı, azadlıq tələbi ilə keçirilən kütləvi mitinqin qurbanları da yad edilir. Dinc mitinqin sovet qoşunları tərəfindən amansızcasına dağıdılması nəticəsində əksəriyyəti qadın olmaqla, 21 nəfər həlak olub, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.

Arxiv üzrə axtarış