2018-05-04

Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri İnqa Şamilişvili ilə keçirilən görüş barədə.

04 may 2018-cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri İnqa Şamilişvili ilə rəsmi görüş keçirib.

Görüşdə İ.Şamişvili Baş Konsul Pərviz İsmayılzadəni yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib ona fəaliyyətində uğurlar arzulayıb. 

Görüş zamanı təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Baş konsul, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini bildirib, təhsil sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı səylərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Diplomat vurğulayıb ki, Azərbaycan Gürcüstan üçün vacib tərəfdaşdır. Bu dostluq və tərəfdaşlıq əlaqələri dərin köklərə əsaslanır. Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri İnqa Şamilişvili Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında təhsil sahəsində münasibətlərin inkişafı üçün müvafiq tədbirlərin həyata keçirilməsi və təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.

Arxiv üzrə axtarış