2018-12-10

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş konsulluğu tərəfindən10 dekabr 2018-cı il tarixində “Divan” otelində Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Tornike Ricvadze, Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri Davit Qabaidze, Mədəniyyat və İdman Naziri İnqa Şamilişvili, Səhiyyə və Əhalinin Sosial Müdafiə Naziri Zaal Mikeladze, Maliyyə və İqtisadiyyat Naziri Djaba Putkaradze, Kənd Təsərrüfat Naziri Tite Aroşidze, Türkiyə baş konsulu Mekbule Kocak, İranın baş konsulu Ahmad Badpa, SOCAR-Batumi heyətin rəhbəri, Kulevi QDT direktoru Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, , M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra, Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə çıxış edərək Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, vəfatının 15-ci ildönümündə xatirəsini dərin hörmətlə andığımız, adını xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazdıran Heydər Əliyev dahi şəxsiyyətlərdən biridir. Hələ sağlığında millətimizin Ümummilli Liderinə çevrilmiş bu böyük düha sahibi özündən sonra elə bir miras qoymuşdur ki, neçə-neçə nəsillər ondan bəhrələnəcəkdir. Məhz Ulu Öndərin təməlini qoyduğu sülh strategiyası, səmimi və mehriban qonşuluq, qarşılıqlı faydalı və strateji tərəfdaşlıq, dostluq siyasəti bu gün onun göstərdiyi yolun layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentimizin bu gərgin fəaliyyətində onun ən yaxın silahdaşı Azərbaycan Respublikasının birinci vitse-prezidenti, H.Əliyev Fondunun rəhbəri, YUNESKO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyevadır.

P.İsmayılzadə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına nəzər salıb, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.

Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Tornike Ricvadze çıxışında deyib ki, Azərbaycan ilə Gürcüstan qonşu, dost və qardaş respublikalardır. “Bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Mən əlaqələrimizin bu səviyyəyə çatmasında tarixi şəxsiyyətlərimizin, xüsusən də Heydər Əliyevin adını çəkməyə bilmərəm.Heydər Əliyev 20-ci əsrin görkəmli liderlərindən biriydir. Onun həyatı bir daha sübut edir ki, Heydər Əliyev ölkənin tarixində və inkişafında böyük əhəmiyyət kəsb edir. Ölkəyə ağır vaxtlarında başcılıq edərək ona yenidən sülh, iqtisadi və siyası müstəqilliyi qazandırmışdır.Tornike Ricvadze bildirdi ki, hazırda Azərbaycan Respublikası bütün sahələrdə sürətlə inkişaf edən müasir ölkəyə çevrilib, eyni zamanda da öz çox əsirli ənənələrini qoruyub saxlayıb.

Mərasim əsnasında gürcü dilində xüsusi çəkilmiş Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film və fotosərgi nümayiş etdirilmişdir.

Tədbirdə Baş Konsulluq tərəfindən Azərbaycanın milli ləziz mətbəxinin yeməklər verilmişdir.

Arxiv üzrə axtarış