2019-05-15

EXPO BATUMI TRAVEL / EXPO MED 2019

cari ilin 10 may tarixində Batumi şəhərində 12-ci beynəlxalq turizm, mehmanxana avadanlıqları və tibbi turizm sərgisi “EXPO BATUMI TRAVEL / EXPO MED 2019" keçirilmişdir.

Sərgi Acarıstan Höküməti, Acarıstan Turizm və Kurortlar Departamenti, Batumi şəhər meriyası, Acarıstan Ticarət-Sənaye Palatası və Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyası ximayi darlığı ilə təşkil olunmuşdur.

Həmin sərgidə Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğun təşkilatlığı ilə Azərbaycanın Buta Airways aviaşirkətinin, Premier Travel, Naxçıvan Muxtar Respublikasının turistik şirkətlərinin nümayəndələri təmsil olunmuşlar.

Sərgidə Gürcüstan, Ukrayna, Türkiyə, Rusiya, İran, Azərbaycan, Almaniya, Belarus, Niderland, Polşa, Litva, Latviya, Estoniyadan olan şirkətləri iştirak etmişdir.

Sərginin əsas məqsədi ölkədə tibbi innovasiyalarının yaradılması, turistik yerlərin inkişafı, konfrans, seminar və informasiya turlarının təşkilidir.

Tədbir Adjara Tv, Tv 25, Adjara qəzeti media resurslarla işiqlandırılıb.

Sərgi GeoNet Express şirkəti tərəfindən keçirilmişdir. Qeyd olunan şirkət regionda sərgi işinin inkişafını təşviq edən Gürcüstanın nüfuzlu beynəlxalq sərgi şirkətlərindən biridir.

Qeyd etmək istərdik ki, cari ilin 14 iyun tarixindən etibarən “Buta Airways” aviaşirkəti Bakı-Batumi marşrutu üzrə birbaşa reyslər həyata keçirməyə başlayacaqdır.

 

Arxiv üzrə axtarış