2019-05-15

“Batumoba 2019

Cari ilin aprel ayının 28-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Batumoba 2019” qeyd edilmişdir. Bayram Batumiyə şəhər statusunun verilməsinin 131-ci ildönümünə həsr olunub. 1885-ci ildə Batuminin 90 sakini şəhər statusun verilməsi üçün Qafqaz canişininə müraciət etdi. Müraciət təmin olunmuş və 1888-ci ilin 28 aprelində Batumi rəsmi olaraq şəhər elan edilmişdir. Batumi meriyasının qərarı ilə Şəhər günü- “Batumoba 2019” aprel ayın 28-də qeyd olunur. Əvvəkli illərdə “Batumoba" payızda qeyd olunub.

Lakin təşkilatçılar əsas diqqəti “Batumoba 2019” mədəni və əyləncəli tədbirlərə yönəltmiş, yarmarkalar, konsertlər, sərgilər, dequstasiyalar təşkil edilmişdir.

 “Batumoba" ilə əlaqədar qardaşlaşmış şəhərlərdən nümayəndə heyətləri Ukrayna, Latviya, Polşa, İsrail, Misir, Çin, Belarus, Ermənistan, Türkiyə, və Azərbaycan şəhərlərinin merləri və bələdiyyə nümayəndələri kurort şəhərin qonağı idilər. Azərbaycan tərəfindən Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mirsənani Seyidov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov təmsil etmişdirlər.

Tədbirin rəsmi açılışında Acarıstan Muxtar Respublikasının Hökümətinin Sədri Tornike Ricvazde qonaqları salamlayaraq tədbiri açıq elan etmişdir. Acarıstan Muxtar Respublikasının Batumi şəhərin meri Laşa Qomazidze çıxış edərək Azərbaycan iştirakçıları xüsusi salamlayaraq dost ölkə olduğunu bildirmişdir. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mirsənani Seyidov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov çıxış etmişdirlər.

Tədbirdə nümayəndə heyətləri üçün Batumi şəhərinin görməli yerləri ilə baxış keçirilmişdir.

Bulvarda həmçinin qonaqlar üçün Gürcüstanın tanınmış ulduzlari və o cümələdən Nana Bregvazde iştirakı ilə gala koncert təşkil edilmişdir.

Rəsmi hissədən sonra Batumi şəhərin meriyası tərəfindən qonaqların şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Dursun Həsənov və Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu Pərviz İsmayılzadə iştirak etmişlər.

Arxiv üzrə axtarış