2019-12-13

Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş konsulluğu tərəfindən 11 dekabr 2019-cı il tarixində “Sheraton” mehmanxanasında Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir.

Tədbirdə Acarıstan Muxtar Respublikasının  nazirləri, Batumi şəhərin meri, Türkiyə baş konsulu, SOCAR-Batumi ofisin rəhbəri, Kulevi QDT Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra, Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə çıxış edərək Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, vəfatının 16-ci ildönümündə xatirəsini dərin hörmətlə andığımız, adını xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazdıran Heydər Əliyev dahi şəxsiyyətlərdən biridir. Hələ sağlığında millətimizin Ümummilli Liderinə çevrilmiş bu böyük düha sahibi özündən sonra elə bir miras qoymuşdur ki, neçə-neçə nəsillər ondan bəhrələnəcəkdir. Məhz Ulu Öndərin təməlini qoyduğu sülh strategiyası, səmimi və mehriban qonşuluq, qarşılıqlı faydalı və strateji tərəfdaşlıq, dostluq siyasəti bu gün onun göstərdiyi yolun layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentimizin bu gərgin fəaliyyətində onun ən yaxın silahdaşı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır.

 P.İsmayılzadə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına nəzər salıb, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.

Acarıstan Muxtar Respublikası  Səhiyyə və Əhalinin Sosial Müdafiə Naziri Zaal Mikiladze çıxışında deyib ki, Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələr çox qədim tarixə malikdir.  “Bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir”. Bizim bir sıra ortaq dəyərlərimiz var.

Mən əlaqələrimizin bu səviyyəyə çatmasında tarixi şəxsiyyətlərimizin, xüsusən də Heydər Əliyevin adını çəkməyə bilmərəm. Heydər Əliyev 20-ci əsrin görkəmli liderlərindən biriydir.

Ölkəyə ağır vaxtlarında başcılıq edərək ona yenidən sülh, iqtisadi və siyası müstəqilliyi qazandırmışdır. Nazir bildirdi ki, hazırda Azərbaycan Respublikası bütün sahələrdə sürətlə inkişaf edən müasir ölkəyə çevrilib, eyni zamanda da öz çox əsirli ənənələrini qoruyub saxlayıb.

 Mərasim əsnasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film və fotosərgi nümayiş etdirilmişdir.

Tədbirdə Baş Konsulluq tərəfindən ləziz yeməklər verilmişdir.

Batumidə keçirilmiş tədbir və Baş Konsulun müsabiqəsi “TV 12” telekanalında nümayiş olunmuşdur.

Arxiv üzrə axtarış