2020-03-25

Gürcüstan hökuməti 21 mart 2020-ci il tarixindən ölkə ərazisində bir ay müddətinə fövqəladə vəziyyət elan etmişdir.

Fövqəladə vəziyyət  dövründə  hökumət  bir sıra qaydalara əməl edilməsi tələbi qoymuşdur: 

  • Fövqəladə vəziyyət qaydalarını pozan şəxslərin məcburi karantinə alınması və onlara qarşı nəzərdə tutulan sanksiyalar tətbiq etmək;
  • Yük daşımaları istisna olmaqla, quru, hava, dəniz sərhədlərinin keçilməsi və beynəlxalq sərnişindaşıma nəqliyyatına məhdudiyyətlər tətbiq etmək;
  • İctimai xidmət və inzibati fəaliyyətə xüsusi müddət və qaydalar tətbiq etmək;
  • Hökumətə karantin dövründə, təcridolunma, tibbi tapşırıqlarla bağlı xüsusi hallarda hüquqi və fiziki şəxslərin mülkiyyəti və başqa maddi vəsaitlərindən istifadə hüququ verilir;
  • İctimai yerlərdə, o cümlədən küçələrdə və sair yerlərdə 10 nəfərdən artıq insanın eyni vaxtda qrup şəkilində cəmləşməsi qadağan edilir;
  • Hökumətin özəl qurum və təşkilatların fəaliyyətinə məhdudiyyətlər qoymaq və ya onlara konkret fəaliyyətlə məşğul olmaq göstərişi vermək hüququ vardır;
  • Zərurət yarandığı halda hökumət dərman, tibbi xidmət və ilkin tələbat mallarına qiymətlərin tənzimlənməsini öz üzərinə götürür;
  • Hökumət təhsil sahəsində, qanunvericilikdə təsdiq olunmuş qaydalardan fərqlənən müvəqqəti qaydalar tətbiq edə bilər;
  • Zərurət yarandığı halda hökumət tibbi təhsilli və ya tibb sahəsində işləmə hüququ olan şəxslərin səfərbərliyini elan edə bilər;
  • Məhkəmə iclasları məsafədən keçirilə bilər;
  • Bütün fiziki və hüquqi şəxslər fövqəladə vəziyyət rejiminə ciddi riayət etmələri, əks təqdirdə inzibati tədbirlər fiziki şəxslərə 3 min lari və hüquqi şəxslərə 15 min lari cərimə tətbiq oluna bilər. Eyni qaydalar təkrar olunduğu təqdirdə cinayət məsuliyyətinə cəlb olunaraq - 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə əvəz oluna bilər. 

Arxiv üzrə axtarış