2022-11-14

29.10.2022-ci il tarixində Baş Konsulluğun təşkilatçılığı və dəstəyi ilə Gürcüstanın “AdjaraTv12” televiziya kanalında “Laçın dəhlizinin əhəmiyyəti”nə həsr olunmuş xüsusi veriliş efirə getmişdir.

29.10.2022-ci il tarixində Baş Konsulluğun təşkilatçılığı və dəstəyi ilə Gürcüstanın “AdjaraTv12” televiziya kanalında “Laçın dəhlizinin əhəmiyyəti”nə həsr olunmuş xüsusi veriliş efirə getmişdir. Verilişin Dağlıq Qarabağda, xüsusən də işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti quruculuq, abadlıq işləri, Azərbaycan hökumətinin həyata keçirdiyi iri miqyaslı layihələr, Laçın dəhlizinin əhəmiyyəti və bu dəhlizə alternativ yolun açılması ilə bağlı reportaj yayımlanmışdır.

Veriliş hərbçilərimizin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Laçın şəhərinin tam nəzarətə götürülməsi ilə bağlı raportu və digər maraqlı məqamlarla başlamışdır.

“Adjara PS” Mediaholdinqinin baş direktoru və baş redaktoru Cemal Meqrelidze Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə və regionda yeni dövrün başlandığını bildirmişdir.

Batumi Dövlət Universitetinin professoru, fəlsəfə doktoru Qeorqi Masalqini Ermənistanın işğalçılıq siyasəti, 30 ilə yaxın işğal altında saxladıqları ərazilərimizdə vandalizm aktları barədə danışıb, torpaqları azad etməyin Azərbaycanın haqqı olduğunu vurğulayıb.

Fəlsəfə elmləri doktoru, Batumi Dövlət Universitetinin lektoru Nuqzar Çxaidze ermənilərin dünyada və regionda pozuculuq fəaliyyətindən danışıb.

Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə Dağlıq Qarabağda səfərdə olan “AdjaratTv.12”-nin reportyoru Vaxtanq Qudrasadze işğaldan azad edilmiş ərazilərdə gördüklərini lent aldığını və bu barədə geniş məlumat vermişdir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş jurnalist Vaxtanq Qoqraçadze bildirmişdir ki, Qarabağ ilə bağlı təsəvvürünün başqa olduğunu, Qarabağ deyiləndə, İranın yaşayış məntəqələrinə oxşayan evlər xəyal edirdiyini, insanların daxmalarda yaşadığı düşünürdüm. Xəyallarımın reallıqla qətiyyən əlaqəsinin olmadığı mənzərə ilə rastlaşdım. Jurnalist TV12 kanalında efirə gedən verilişdə,  Azərbaycanın 1990-cı illərdə Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu qeyd etmiş və üç onillikdən sonra 2020-ci ildə Azərbaycan işğal olunmuş torpaqlarını və Qarabağı yenidən qaytardığını bildirmişdir. Azad olunmuş torpaqlara müxtəlif ölkələrdən çoxlu sayda jurnalistin səfər etdiyini və səfərlərinin məqsədinin azad olunmuş ərazilərdən reportajlar hazırlanması və təmsil etdikləri ölkələrdə ictimaiyyətə çatdırmaqdır.  Jurnalist azad olmuş ərazilərə səfər zamanı Ermənistan tərəfdən risk faktorları hələ də davam etdiyini və Ermənistan tərəfindən minalanmış ərazilər ilə tanış olduqlarını və ərazilərin minalardan təmizlənməsi prosesi təxminən 15 il çəkəcəyini bildirmişdir.

Səfər çərçivəsində Zəngilan rayonunun Ağılı kəndində olduqlarını, “Ağıllı kənd” layihəsi çərçivəsində görülmüş işlərlə tanış olmuşdur. Görülmüş işləri sözlə ifadə edə bilmədiyini izləyicilərin diqqətinə çatdırmışdır. Kəndin infrastrukturunun (xəstəxana, məktəb binasının, uşaq bağçasının və sair) yüksək səviyyədə quruluşdırıldığını qeyd etmişdir. Ağıllı kənd Qarabağın yüksək infrastruktura malik olan yeganə kəndidir. Orda təxmini 30 minə yaxın binaların dağıdıldığını diqqətə çatdırmışdır. Qarabağın turizm potensialının yüksək olduğunu, xüsusilə Şuşanın coğrafi gözəlliyinə heyran olduğunu bildirmişdir.

Eyni zamanda Şuşa şəhərinə səfəri zamanı kanyonu çox bəyəndiyini, bu həcmə sahib olan kanyon bizdə Gürcüstanda olmadığını bildirmişdir. Çıxışının sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğuna öz təşəkkürünü bildirmişdir.

Verilişdə iştirak edən AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov aparıcı Cemal Meqrelidzenin Laçın dəhlizinin əhəmiyyəti, Azərbaycanın Laçın ilə bağlı layihələri, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları ilə bağlı suallarını cavablandırıb. Bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə güclü quruculuq, abadlıq işləri həyata keçirir. Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilan Beynəlxalq Hava Limanının açılışı, yeni yolların çəkilişi bölgənin iqtisadi inkişafı üçün geniş imkanlar yaradır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə bütövlükdə Qafqaz regionu üçün əhəmiyyət kəsb edir.

Veriliş boyu Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr barədə məlumatlar verilib.

Verilişdə ermənilərin tərk etdikləri evləri necə yandırmaqlarını əks etdirən kadrlar da ictimaiyyətə təqdim olunub.

https://youtube.com/watch?v=9-SjzxpdF2w&feature=share

https://www.youtube.com/watch?v=PZlbuJGh-Tk 

Arxiv üzrə axtarış