2024-01-29

AZƏRBAYCAN RESPUBLIKASI VƏTƏNDAŞLARININ NƏZƏRINƏ!

7 Fevral 2024-cü il növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür.

 

Acarıstan MR ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda yaradılmış seçki məntəqəsində, saat 08:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçirə bilərlər!

Səsvermə zamanı vətəndaşlar AR-nın etibarlı ümumvətəndaş pasportunu və ya AR-nın etibarlı şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər!

Ünvan: Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun inzibati binası (6010, Gürcüstan, Batumi, Parnavaz Mepe küç.62/Demetre Tavdadebuli küç.24)

Arxiv üzrə axtarış