news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 fevral 2026

17.02.2026-cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Fuad Əzizov Sameqrelo-Zemo Svaneti bölgəsi üzrə Dövlət Nümayəndəsi David Verava ilə görüş keçirmişdir.

17.02.2026-cı il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Fuad Əzizov Sameqrelo-Zemo Svaneti bölgəsi üzrə Dövlət Nümayəndəsi David Verava ilə görüş keçirmişdir. Görüşdə həmçinin SOCAR Kulevi Qara Dəniz Neft Terminalının nümayəndəsi iştirak etmişdir.

        Tərəflər görüş zamanı əməkdaşlığın daha da dərinləşdirilməsi, sosial-mədəni və infrastruktur sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini ətraflı şəkildə müzakirə etmiş, qarşılıqlı fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını ifadə etmişlər.

          Səmimi və konstruktiv mühitdə keçən görüş qarşılıqlı məmnunluq hissi ilə başa çatmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti