2017-10-14

Batumidə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı kecirildi.

14 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğu tərəfindən Batumidə yaşayan azərbaycanlı soydaşlarımızın uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün “Bazar Günü “məktəbinin acılış mərasimi kecirilib.
Baş konsul Rəşad İsmayılov tədbiri açaraq, Azərbaycan Respublikasında uşaqlara olan dövlət qayğısından danışıb, Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında uşaqlarla bağlı həyata keçirilməyə başlanılmış siyasət haqqında məlumat verib.
Baş konsul cıxışında həmcinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğısını tədbir iştirakcılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, Batumidəki Baş konsulluğun təşəbbüsü ilə acılan “Bazar günü” məktəbində 30-dan artıq soydaşımız ödənişsiz təhsil alacaqlar.

Arxiv üzrə axtarış